Be. Sen 16th, 2019

“Milan”a ŞOK CƏZA: AvroLiqadan uzaqlaşdırıldı

İtaliyanın “Milan” futbol klubu 2019/2020 mövsümündə Avropa Liqasında iştirakdan məhrum edilib.
Bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb.
Belə bir qərarın verilməsinə səbəb klubun maliyyə “fair-play” qaydalarını pozmasıdır. Bir il ərzində klub Avropa qitə futbol qurumu ilə mübahisəli məsələləri yoluna qoymalıdır.
Qeyd edək ki, “Milan” Avroliqaya buraxılmadığı üçün yeni mövsümdə turnirin qrup mərhələsində İtaliyanı “Roma” təmsil edəcək. “Torino” isə təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. (azvision.az)

Paylaş: