Be. Noy 18th, 2019

Şuranın dəstəyilə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların iştirakı ilə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib. 
Layihə rəhbəri İradə Rizazadə Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu günün yaranma tarixi və ümumilikdə Azərbaycan Ordusu haqqında onlara məlumat verib. 
Tədbirdə çıxış edən “Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti”nin sədri, ilk snayper qadın Növrəstə Yusifova, telejurnalist, yazıçı Kamil Məhərrəmoğlu və Gənc Tamaşaçılar teatrının aktrisası, Fəxri mədəniyyət işçisi Xalidə Şərifova uşaqları və onların qəyyumlarını bayram münasibətilə təbrik edərək, onlarla vətənpərvərlik mövzusunda söhbətlər aparmış, şeirlər söyləmişdilər. Uşaqlara Azərbaycan bayrağı və digər xatirə hədiyyələri paylanılmışdır. 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra olunan layihə çərçivəsində 4 ay ərzində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara sosial-psixoloji dəstək və onların asudə vaxtının səmərəli təşkili həyata keçirilir.

Paylaş: