Be. Noy 18th, 2019

Putinin zəhərlənmək qorxusu: G-20 sammitinə də öz termos-fincanıyla gəldi – Video

Yaponiyanın Osaka şəhərində keçirilən G-20 sammitində Rusiya prezidenti Vladimir Putin diqqət mərkəzinə düşüb. Daha çox xarici liderlərin şərəfinə təşkil olunan şam yeməyinə öz termos-fincanıyla gəlişiylə…

Turkustan.info xəbər verir ki, Putin yemək vaxtı masadakı ümumi qab-qaşıqdan istifadə etməyib. Rusiya nümayəndə heyətinin üzvləri ona termos-fincanını gətiriblər. O, çayı həmin fincandan içib.

Qərb mediasını Putinin öz fincanıyla şəkilləri bəzəyib. Orada hesab edirlər ki, Rusiya prezidenti zəhərlənməkdən qorxduğuna görə bu cür davranıb.

Putinin mətbuat katibi Dmitri Peskov isə bunu təkzib edir. Deyir ki, prezident həmişə bu termos-fincandan istifadə edir. Çünki o, içkini isti saxlayır.

Putin şam yeməyində spirtli içki qəbul etməyib. O, termos-fincanını ABŞ prezidenti Donald Trampın şərab dolu qədəhi ilə toqquşduraqla maraqlı görüntü yaradıb.

Putin ilk dəfə özünün həmin ağ fincanı ilə media qarşısına 2014-cü ildə mıtbuat konfransında çıxıb.

Məlumata görə, həmin termos-fincan şəxsən Putin üçün sifariş verilərək hazırlanıb. Hətta ezamiyyətlər zamanı, özünün iş kabinetində də onun həmin fincandan istifadə etdiyi bildirilir.

Paylaş: