Be. Noy 18th, 2019

Rusların Qafqaz PLANLARI: Gürcüstana yeni “hücum” – İLGİNC OLAYLAR

“Gürcüstanda baş verənlərdən gəldiyim qənaət belədir ki, Rusiya çox incə təxribat təşkil etməklə Gürcüstana sanksiyalar qoymaq istəyirdi, buna da qismən nail oldu. Görünür, Kreml rəsmi Tiflisdən nəsə istəyirdi, onlar razı olmadılar, iqtisadi sanksiyalar üçün bəhanə lazım idi ki, sonra bu qadağaları götürmək müqabilində Tiflisdən istədiyini alsın”.

Tiflisdə Rusiya əleyhinə keçirilən aksiyalar barədə danışan REAL sədrinin müavini Natiq Cəfərli belə deyib.

Partiya rəsmisi Rusiyanın Gürcüstandakı maraqlarına da toxunub:

“Bəs Rusiyanın məqsədi nədir?! ABŞ-İran, ABŞ-Türkiyə qarşıdurması gücləndikcə Kreml Ermənistanda hərbi kontingentini gücləndirmək, artırmaq istəyir. Bunun üçün yerüstü logistik marşrut lazımdır. Çünki hava yolu ilə silah-sursat daşımaq, təhcizatı tam təmin etmək mümkün deyil, həm də çox bahadır.

Rusiya Gürcüstandan rahat keçməklə Ermənistandakı qoşunlarının təminatını saxlamaq istəyir, İvanişvili komandası isə buna razılıq verməkdən qorxur. Çünki həm xalq buna çox kəskin reaksiya verəcək, həm də Azərbaycanla əlaqələr korlanacaq, hətta İran və Türkiyənin də əlavə sualları yaranacaq.

Buna görə də razılıq yoxdur, indi Kreml iqtisadi sanksiyalarla, turizmlə, şərab ixracına qadağalarla Gürcüstanı yola gətirmək, özü üçün Ermənistana quru yol açmaq istəyir”. (teleqraf.com)

Paylaş: