Be. Noy 18th, 2019

Saatı oğurlanan oğulun atası “tapıldı” – VİDEO

İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlının 1 milyon dollardan artıq dəyəri olan saatı oğurlanıb və indi saat mövzusu gündəmin ən çox müzakirə olunan məsələsidir.

Son 3 gündə həmin saatı oğurlanan şəxsin kim olması ilə bağlı müxtəlif versiyalar səslənib. Amma səslənən 3 iddianın hər biri təkzib olunub.

Sosial şəbəkələrdə bu mövzu günlərdir trend olaraq qalmaqdadır. Görünən budur ki, saat sahibi olan oğulun valideynləri üzə çıxmayacaq. Ona görə də sosial şəbəkə istifadəçiləri “oğul atadan imtina etdi” deyə fikir bildirməkdə davam edirlər.

Məşhur aktyor Tahir İmanov bu mövzu ilə bağlı komik çəkiliş edib. Və həmin oğula sahib çıxıb: “O mənim oğlumdur, yeni saat alacağam”.

“Yenisabah”-a istinadən videonu təqdim edirik:

 

Paylaş: