C. Avq 23rd, 2019

Şirvan və İmişlidə “Hüquqlar və onların hüquqi müdafiəsi” mövzusunda seminar keçirilib

Şirvan və İmişli şəhərlərində “Hüquqlar və onların hüquqi müdafiəsi” mövzusunda seminar keçirilib.

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Həssas əhali qruplarına hüquqi dəstək” təşəbbüsü çərçivəsində Şirvan və İmişli şəhərlərində “Hüquqlar və onların hüquqi müdafiəsi” mövzusunda seminar keçirilib.
Seminarda hüquqşünas-ekspert, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Hafiz Həsənov ölkə Konstitusiyasında və qanunlarda təsbit olunmuş hüquq və azadlıqlar, onların həyata keçirilməsi qaydaları haqqında seminar iştirakçılarını məlumatlandırıb. H. Həsənov həmçinin, pozulmuş hüquq və azadlıqların inzibati və məhkəmə müdafiəsi, o cmlədən Konstitusiya Məhkəməsində və Avropa Məhkəməsində müdafiəsi, habelə hüquqların səmərəli hüquqi müdafiə mexanizmləri barəsində iştirakçılara geniş məlumat verib.
Sonra mövzu üzrə seminar iştirakçılarının sualları cavablandırılıb və qrup işləri üzə müzakirələr aparılıb. Müzakirələrdə belə bir fikir xüsusi vurğulanıb ki, hüquqların həyata keçirilməsi və müdafiəsində səmərəliliyə və müsbət nəicələrə nail olmağın əsas şərtlərindən biri hüquqlar və onun müdfiə mexanizmləri ilə bağlı zəruri məlumatlılığın olmasıdır. Məhz, insanlar öz hüquqları və onların müdafiəsi ilə bağlı yetərli məlumatlara malik olduqda və pozulmuş hüquqlarının müdafiəsi üzrə davamlı və ardıcıl fəallıq göstərdikdə müsbət nəticələr əldə edir.
İnteraktiv və maraqlı keçən seminarlarda hüquqların həyata keçirilməsi və müdafiəsi üzrə praktik problemlər və onların aradan qaldırılmasına dair iştirakçıların təklifləri də müzakirə edilərək qeydə alınıb.
Hər iki seminarda ümüumilikdə 62 nəfər iştirak edib və iştirakçılar hüquq maarifçiliyi xarakterli borşur və bukletlərlə, digər paylama materialları ilə təmin olunb.
“Həssas əhali qruplarına hüquqi dəstək” təşəbbüsü çərçivəsində bu mövzuda daha bir seminarın Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulur.

Paylaş: