Be. Noy 18th, 2019

Trampdan eksklüziv açıqlama : “Putin əla oğlandır” – VİDEO

ABŞ prezidenti Donald Tramp, Yaponiyanın Osaka şəhərində bir gün əvvəl Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüş keçirib.
Turkustan.info xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp Putinlə görüşü barədə jurnalistlərə açıqlama verərkən həm gülməli həm də, maraqlı anlar yaşanıb.
Belə ki, o “Rossiya-1” kanalının müxbiri, prezidentin fəaliyyətini işıqlandıran Pavel Zarubinin sualına cavab olaraq Putinlə görüşünü belə şərh edib.
 “Putin əla oğlandır. İki nəhəng ölkə Rusiya ilə ABŞ arasında ticarət əlaqələri qurulacaq. Putin qeyri-adi insandır. Dünən əhəmiyyətli görüş oldu” – Tramp bildirib.   /BakuPost/

Paylaş: