Be. Noy 18th, 2019

ABŞ raket gəmisi Qara dənizə daxil oldu

ABŞ-ın “USS Carney” raket gəmisi şənbə günü Qara dəniz sularına daxil olub.

“İnterfaks”ın verdiyi məlumata görə, göyərtəsində “Tomahawk” qanadlı raketlər olan gəmi  hazırda Qara dənizdə Odessaya tərəf istiqamət götürüb.

Bildirilir ki, gəmi iyulun 1-də başlayacaq “Sea Breeze 2019” çoxmillətli hərbi-dəniz təlimlərində iştirak edəcək.

Paylaş: