Be. Noy 18th, 2019

Qloballaşma şəraitində həyat tərzinə sosial-fəlsəfi və dini-mədəni baxışlar

Məlumdur ki, keçid dövründə baş vermiş miqrasiya və urbanizasiya prosesləri nəticəsində sosial mənşəyinə görə kəndli olan xeyli əhali şəhərlərdə, xüsusilə paytaxt Bakıda cəmləşmişdir. Heç bir iqtisadi, sosial, mədəni zəmin olmadan və xüsusi hazırlıq mərhələsi keçmədən qısa müddətdə şəhərdə məskunlaşan həmin əhali, təbiidir ki, öz etnomədəni mühitini də buraya daşımışdır. Uzun illər ərzində beynəlmiləl xüsusiyyətlərlə səciyyələnən və immiqrantlan tədricən özünə uyğunlaşdıran şəhər etnomədəni mühiti belə kütləviliyin və qafilliyin qarşısında duruş gətirməyərək müvəqqəti arxa plana çəkilmişdi. Şəhər etnomədəni mühitinin özülünü təşkil edən şəhər həyat tərzi həm bu səbəbdən, həm do ictimai-siyasi və sosial-iqtisadi amillər üzündən forma və məzmunca yeni mahiyyət kəsb etməyə başladı. Kənd həyat tərzinin şəhərə daşınması onun əsaslarını dağıtdı və keçid dövrünə məxsus məişət normaları və şəhər həyat tərzi formalaşdırdı.

Müasir həyat tərzinə təsir edən amillər sırasında yuxanda söylədikiərimiz-olduqcamühüm faktlardır. Həyat tərzi və onun xüsusiyyətlərinin formalaşması barədə elmi ədəbiyyatda xeyli fikirlər vardır. Əksər tədqiqatçılar «həyat tərzi» anlayışı əsasında «fəaliyyət» və «həyat fəaliyyəti» kateqoriyasım nəzərdə tuturlar. Həyat tərzinin özünə isə müəyyən olunmuş şərtlərlə birlikdə götürülən fəaliyyətlərin cəminin üslubu kimi baxırlar. Bəzi müəlliflər «həyat tərzi» və «mədəniyyət» anlayışlarım bir-biri ilə əlaqələndirir və onların müxtəlif növlərinin mahiyyətcə eyniliyi təmsil etdiyini bildirirlər.

Tədqiqatçıların fikrincə, mədəniyyət cəmiyyətin həyal tərzinin bütün xüsusiyyətlərini özündə əks etdirib onları təbliğ etməklə yanaşı, həm də insanların gündəlik həyat fəaliyyətinə onların möhkəın daxil olmasına böyük təsir göstərir. Sovet dövründə həyat tərzinin əsasən maddi istehsal üsulu ilə şərtləndiyi iddia olunurdu. Bu baxımdan hesab edilirdi ki, konkret tarixi-sosial quruluşa xas olan həyat tərzi fəıdlərin və sosial qrupların şarmtdəAzarbaycamla dini-madam doyarlarin inkişaf xüsusiyyatbri gündəlik həyat fəaliyyətinin sabitləşmiş forması olmaqla, insanların əmək və məişətinin, sosial-siyasi həyalının, mədəniyyətinin, asudə vaxtının, eləcə də onların ünsiyyətinin, davranış və təfəkkür tərzinin səciyyəvi cəhətləri ilə xarakterizə olunur. Bir sıra müəlliflər hesab edirlər ki, həyat tərzi cəmiyyətin, sosial və etnik birliklərin, kollektivlərin və ayrılıqda hər bir şəxsin müəyyən ictimai-iqtisadi formasiya çərçivəsində, təbii-coğrafi, sosial-iqtisadi, siyasi, mənəvi-əxlaqi şəraitlə vəhdətdə götürülən həyat fəaliyyəti formalarının məcmusu, onların həyat fəaliyyəti üsuludur. Həyat tərzi əlamət və xüsusiyyətlərinə, forma və üsullarına görə məkanca fərqlənir. İslam dünyasında ilk dəfə milli-demokratik dövlət qurulmuş Azərbaycanda fəlsəfi ideya, yeni düşüncə və həyat tərzi məsələsi yeni ideologiya axtarışları ilə əlaqəli olsa da müəyyən nisbi müstəqilliyə və məxsusi ənənəyə malikdir.

Bu baxımdan kənd həyat tərzi ilə şəhər həyat tərzi nisbətən aydın seçilir. Müasir dövrdə şəhərlərin sürətli inkişafı və dünya istehsalında müstəsna yeri, insanların daha çox şəhər məkanına can atması ümumi və spesifik xüsusiyyətləri ilə birlikdə şəhər həyat tərzinin formalaşmasına və geniş yayılmasına səbəb olmuşdur. Şəhər həyat tərzi xüsusi sosial-iqtisadi və ekoloji mühit kimi şəhərin təsiri altında formalaşır və inkişaf edir. O, sistem kimi şəhərin funksiyasıdır və onun аупсаelementlərindən törəmir. Şəhər həyat tərzinin təşəkkülü və genişlənməsi cəmiyyətin urbanizasiya prosesinin vacib tərəfidir. Urbanizasiya yeni mühitdə yaşayan və fəaliyyət göstərən insanların arasında spesifik münasibətlər sistemi – «şəhər münasibətlori»ni törədir. Bu isə öz növbəsində fəaliyyət üsullarına, mədəniyyətə təsir edir, şəhər mədəniyyəti formasında onun inkişafına təkan verir. Şəhər həyat tərzi ilk növbədə böyük şəhərlərdə formalaşır. Bu baxımdan Bakı şəhərinin rolu danılmazdır. Ölkənin paytaxtı vo ən böyük şəhəri kimi son yüzillikdə Bakının bütün regiona ictimai-siyasi təsiri ilə yanaşı, həm də iqtisadi və mədəni təsiri aydın izlənir. Məhz bu təsirin nəticəsi olmuşdur ki, uzun müddət şəhər həyat tərzini yalnız -31 – Anar Həsənli şəhərlilər deyil, həm də Bakı və Sumqayıtın timsalında iri şəhərlərin sakinləri üçün özəl münasibətlər və fəaliyyət nümunəsi mənimsəyən kəndlilər də daşımışdır və daşımaqda davam edir. Şəhər həyat tərzinin xarakterik fəaliyyət xüsusiyyətlərindən biri kəndlə müqayisədə onun konkret formalarının daha çox müxtəlifliyidir. Bu formalar «həyat ukladı»nı təşkil edir.

Tarix və etnoqrafiya elmlərinin təqdimatında həyat ukladı müxtəlif inkişaf pilləsində olan xalqların və аупса sosial qrupların ictimai həyatı və istehsal təşkili növlərinin müəyyənloşdirməsi kimi izah olunur. Həyat ukladına məşğulluğun növlərinin dəyişməsi xarakteri, tələbatların ictimai və ailə-qrup formaları arasında əlaqə, həmçinin asudə vaxtda həyat fəaliyyətinin əsas sosial normaları və standart görüşlərin birbaşa əlaqə və fəaliyyət üsullan daxildir. Bu baxımdan Babda rəngarəng həyat ukladları göstərmək olar. Ən müxtəlif etnoslardan tutmuş sosial qruplaradək fərqli toplumları özündə birləşdirən Bakı şəhəri müasir dövrdə yeni həyat tərzinin «istehsalçısı» və «ixracatçısı» kimi çıxış edir.

Məhz burada formalaşan «paytaxt həyat tərzi» get-gedə ölkənin regionlarına və əyalət şəhərlərinə də sirayət etməkdədir. Hesab edirik ki, həyat tərzi daha çox keyfiyyət hadisəsidir. O, insanın həyat tərzində hansı fəaliyyət növlərinin və hansı səbəbdən aparıcı rol oynadığı, üstünlük təşkil etdiyini aydınlaşdırır, ictimai idealın sosial-tələbatlara uyğun gəlib-gəlmədiyini əks etdirir. Bunlardan başqa həyat tərzi problematikasında «həyat səviyyəsi», «həyat stili» və s. kateqoriyalar da mövcuddur. «Həyat səviyyəsi» fərdin fəaliyyət göstərməsi üçün malik olduğu sərvətlərin kəmiyyət göstəricisidir və başlıca olaraq adambaşına düşən nemətlərin miqdarı, maddi rifahın səviyyəsi ilə müəyyən olunur. «Həyat stili» isə fərdin öz həyat tərzini özü müəyyən edə bilməsi imkanını ifadə edir və həyat tərzini fərdin davranışı səviyyəsində nəzərdən keçirməyə imkan verir.

 Bu zaman insanın konkret davranışı, əməlləri ön plana keçir. Hamının eyni vəzifə və hüquqlar daşımalı olduğu və eyni cür düşünməyə təşviq edildiyi sovet cəmiyyətindən fərqli olaraq liberal dəyərlərin üstünlük təşkil etdiyi müasir cəmiyyətdə insanların həyatı Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri stili də müxtəlifdir. Bu müxtəliflik həyat səviyyəsindən tutmuş ctnomədəni dəyərlərin oriyentasiya səviyyəsinədək ən fərqli xüsusiyyətlərlə səciyyələnir. Kəndə nisbətən daha çox əhalinin toplaşdığı və müxtəlif sosial qrupların, təbəqələrin mövcud olduğu şəhərdə həyat stilləri də fərqlidir. Göstərilən problemlərin tədqiqi şəhər həyat tərzinin və məişətinin öyrənilməsində müəyyən əhəmiyyətə malikdir. Lakin yalnız, bu problemləri araşdırmaqla müasir bakılıların həyat tərzini və məişətini bütövlükdə təsvir etmək mümkün deyildir. Yaxın müddətdə baş vermiş ictimai-siyasi proseslər, sosialiqtisadi dəyişikliklər mədəniyyətə və məişətə, habelə həyat tərzinə və mənəvi dəyərlərə də toxunmamış deyildir. Mütəxəssislərin fikrinə görə, Azərbaycan dünyada milli mədəniyyətin, mənəvi və dini dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından örnək bir dövlət kimi tanınır.

Müşahidələr göstərir ki, yeni dövrə keçid bu sahələrə ciddi təsir göstərmişdir. Şəhər şəraitində bu təsir daha aydın hiss olunur. Müasir milli-mədəni sərvətlərin, mədəniyyət xadimləri və yaradıcı insanların, mədəniyyət müəssisələrinin əsasən şəhərdə cəmləşməsi bu amili daha da gücləndirir. Bu təsir ilk növbədə ənənəvi mədəniyyətin tənəzzülü ilə müşayiət olunmuşdur. Sovet hakimiyyəti illərində müəyyən yüksəliş dövrünü yaşayan şəhər mədəniyyəti qısa müddətdə iflic vəziyyətə düşmüş və öz təsir imkanlarını itirmişdir. Ekspertlər bu prosesi mədəni şok adlandırır və onun üç mərhələdə davam etdiyini göstərirlər. Birinci mərhələ inkulturasiya, ikinci mərhələ akkulturasiya, üçüncü mərhələ isə assimliyasiya adlanır. İnkulturasiya doğma mədəniyyətin ənənə, adət və digər normalarının qəbulu və qorunub saxlanmasıdır. Akkulturasiya yad mədəniyyətin ənənələrinin və dəyərlərinin bir hissəli qəbuludur. Assimilyasiya isə yad mədəniyyətin tam qəbulu və doğma mədəniyyətin yad mədəniyyət tərəfindən udulmasıdır. Müasir cəmiyyətimizdə, o cümlədən şəhərlərdə mədəni şok prosesinin hər üç mərhələsini yaşayan insanlar mövcuddur. Maraqlıdır ki, hər üç mərhələ Bakı şəhərində eyni dərəcədə mövqe tutmuşdur və inkişaf etməkdədir. Bu, imperiyadan ayrılaraq milli suverenliyin qazanılması və müasir liberal-demokratik dəyərlərə inteqrasiya ilə birbaşa əlaqədardır. Belə ki, müstəqilliyin əldə olunmasından və dövlət quruculuğunun inkişafından ilhamlanan bir çox insanlar milli adət və ənənələrə qayıdışı, onun tam qəbulu və icra edilməsini alqışlayır və bunu bir vəzifə hesab edirlər. Bu proses inkulturasiya mərhələsini təşkil edir.

Yazı Əqli Mülkiyyətçilərə Kömək İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti, ənənəvi islam dəyərləri və müasirlik” layihəsi çərçivəsində dərc olunur.

 

Paylaş: