Bz. Apr 5th, 2020

Çağırış başladı… Oğullar əsgər gedir!

Bəxtiyar Səlimov

 Azərbaycanın dörd bir yanında toy-büsatdı, çal-çağırdı. Rayonlarda, kəndlərdə mağarlar qurulur, şənliklər təşkil edilir. Aşıqlar meydanda dövrə vurur, qara zurnanın səsi ruhumuza sığal çəkir. Yurdlarımız al-əlvan rəngə boyanıb, yurddaşlarımız sevinir. Çünki oğullar əagər gedir…

Dünəndən ölkəmizdə hərbi xidmətə çağırış başlayıb. Hər gün minlərlə gənc Vətəni qorumağa yollanır. Onların tərkibi rəngarəngdir; ə sgər gedən oğullarımızın arasında 18 yaşını yenicə tamamlamış gənclər də var, ali təhsilli mütəxəssislər də. Onları Vətənə məhəbbət, düşmənə nifrət hissi birləşdirir. Onlar bu millətin ən qiymətli sərvətidir. Azərbaycanın say-seçmə oğulları min illərdi öz canlarını Vətən üçün fəda edirlər. Oğullar əsgər gedir…

Səhhətində yaranmış problemlə əlaqədar olaraq, möhlət hüququ olan bir tanışım əsgərliyə getmək üçün aprelin 10-da qeydiyyatda olduğu rayonun hərbi komissarlığına müraciət etmişdi. Ona 3 ay gözləməyi məsləhət görmüşdülər. Səbəbini isə belə izah etmişdilər: “Plan dolub”.

Bilirsiniz, bu nə deməkdir? Bu əvvəllər olduğu kimi indi heç kəs müxtəlif bəhanələrlə hərbi xidmətdən boyun qaçırmır. Bu o deməkdir ki, oğlanlarımız hərbi xidmətə getməyə can atır, qarşılaşdıqları maneəni yerindəcə dəf edirlər. Bu o deməkdir ki, atalar oğullarını hərbi xidmətdən yayındırmaq üçün heç kimə minnətçi düşmürlər. Əksinə, indi atalar oğlanlarını öz əlləriylə əsgərliyə yola salırlar. İndi ataların qəlbi qürur hissi ilə dolub-daşır, çünki əkdikləri ağaclar bar verir. Oğullar əagər gedir…

Cəmiyyətin hərbi xidmətə yolasalma mərasimini toy-bayrama çevirməsi Azərbaycan Ordusunun artan nüfuzundan xəbər verir. Son illər ordumuzda dəmir nizam-intizamın yaranması hərbi xidmətə çağırış prosesini daha kütləvi edib. Əsgər libasını geyinmək, silaha sarılmaq, Vətəni qorumaq hər bir Azərbaycan oğlunun müqəddəs vəzifəsinə çevrilib. Gənclərimiz bu vəzifənin öhdəsindən layiqincə gəlirlər. Ən uca dağlarımızdan, yaşıl yamaclarımızdan, sərin yaylaqlarımızdan əagər çəkmələrinin səsi gəlir. Oğullar əsgər gedir…

2016-cı ildə baş vermiş Aprel döyüşləri Azərbaycan Ordusunda keyfiyyət dəyişikliyini ortaya çıxardı. Üç-dörd gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan əsgəri bütün kriteriyalara görə düşməndən üstün olduğunu sübut etdi. Strateji əhəmiyyətə malik olan bir neçə vacib yüksəkliyin işğaldan azad olunması Azərbaycan Ordusunda baş verən keyfiyyət dəyişikliyini ortaya çıxardı. Hazırda Azərbaycan Ordusu düşmənin yuxusunu qaçırmağa, onu daim səksəkə içərisində saxlamağa qadirdir. Düşmənin əsməsi, səngərdə titrəməsi, öz canına görə narahatlıq keçirməsi üçün ciddi əsas var. Çünki oğullar əsgər gedir…

Yolunuz açıq olsun, balalar! Qələbə sorağıyla qayıdasınız, İnşallah!

 

Paylaş:

mersin escort bayan mersin escort