Bz. Okt 20th, 2019

AŞPA səsverməsi: Erməni deputat ruslara yalvardı

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan Rusiyanın AŞPA-ya qayıtmasının əleyhinə səs verdikdən dərhal sonra Rusiya nümayəndə heyətinin üzvü Leonid Kalaşnikovla görüşüb.

Turkustan.info xəbər verir ki, bunu “Joxovurd” qəzetinə açıqlamasında Kalaşnikovun özü deyib:

“Rubinyan səsvermədən dərhal sonra mənim yanıma gəldi. Biz söhbət etdik, şəkil çəkdirdik. O mənə səsvermə ilə əlaqədar səbəbləri dedi və mən da ona fikrimi dedim”, – o bildirib.

Qeyd edək ki, Rusiyanın AŞPA-ya geri qaytarılması ilə bağlı səsvermədə Ermənistanın 4 nəfərlik nümayəndə heyətindən bir nəfər (Mənim Addımım Blokunun nümayəndəsi) bunun əleyhinə səs verib, daha bir üzv isə səsvermədə iştirakdan imtina edib.  /Axar.az/

Paylaş: