Şb. Dek 7th, 2019

Daha bir sənədli film – “Məqsədimiz Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır”

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ tarixi sənədli filmi (rus dilində)” layihəsi çərçivəsində sənədli filmin hazırlanmasını başa çatdırıb.

Bu haqda Turkustan.info-ya “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov məlumat verib.

O bildirib ki, layihə çərçivəsində rus dilində sənədli film çəkilib.

“Layihə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsinin tarixi haqqında ümumi məlumatları özündə əks etdirir. Film Azərbaycanın Qarabağ bölgəsinin tarixi haqqında tarixçilərin yazdığı dəqiq məlumatlar əsasında çəkilib.

Filmdə məqsəd bu gün erməni işğalı altında olan Qarabağın tarixi haqqında təkzibolunmaz dəqiq sənədlər əsasında məlumatları fakt olaraq hazırlamaq və dünya ictimaiyyətinə təqdim etməkdir. Filmdə Qarabağın tarixi haqqında dünya tarixçilərinin araşdırmaları, ermənilərin saxta tarix yazmaları, tarixi faktları saxtalaşdırmaları barəsində ictimaiyyətə məlumat verilib”. 

A.Xəlilov qeyd edib ki, bu film erməni yalanlarının dünya ictimaiyyətinə çatdırılmasında çox böyük körpü rolunu oynayacaq:

“Bu filmin hazırlanması ilə biz dəqiq tarixi faktlara söykənərək erməni yalanları haqqında məlumatı geniş dünya ictimaiyyətinə çatdırmaqla öz töhvəmizi vermiş olacayıq. Film sosial şəbəkələrdə yayımlanacaq. Həmçinin beynəlxalq qurumlara təqdim ediləcək”.

Xatırladaq ki, ictimai birlik bundan əvvəl 3 dildə “Qarabağ abidələri”, “Qarabağ yaddaş” kitablarını, ingilis dilində “Qarabağın Xristian abidələri” və “Qafqazın konservatoriyası” , “Qarabağın mədəniyyət xəzinələri”, ingilis, rus dillində “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər”, rus dilində “Qarabaqmuharibəsi: Xronika(1988-94)” , “Qarabağ təbiəti” ,“İşğal olunmuş Azərbaycan bölgələri” sənədli filmlərini hazırlayıb.

Paylaş: