Şb. Okt 19th, 2019

Atom sualtı qayıqda həlak olanların ikisi Rusiya qəhrəmanı olub

Rusiya prezidenti Vladimir Putin  Barens dənizində Atom sualtı qayıqda baş verən yanğın hadisəsi  ilə bağlı müdafiə naziri Sergey Şoyqu iə görüşüb.

  Turkustan.info APA-ya istinadən xəbər verir ki,  ölkə başçısı müdafiə nazirinə hadisə yerinə getməyi və hadisənin təfərrüatları barədə ətraflı məlumat verməyi tapşırıb.  

Rusiya prezidenti sualtı qayıqda həlak olan 14 nəfərin yaxınlarına başsağlığı verib. O, baş vermiş hadisəni böyük itki adlandırıb: “Həlak olanlardan 7 nəfəri birinci dərəcəli kapitan, iki nəfəri isə Rusiyanın qəhramanıdır”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz  Filotilyasına daxil olan elmi-tədqiqat gəmisində yanğın nəticəsində 14 nəfər həlak olub.

Paylaş: