Ça. Sen 17th, 2019

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirəni Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov açaraq  6 ayın yekunları, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili,  mədəniyyət işçilərinin işə davamiyyəti, musiqi məktəblərinin fəaliyyəti, şagird qəbulu, mədəniyyət müəssisələrində aşkarlanan problemlər, nizam-intizam qaydaları, eləcə də sosial şəbəkələrdə aktivliyin artırlması, idarənin mətbuat xidməti ilə əlaqələrin gücləndirilməsi ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.

İdarə rəisi həmçinin, “Bögələrdən bölgələrə” festivalı çərçivəsində keçirilən tədbirlərdə müəssisələrin fəal  iştirakı ilə bağlı  mədəniyyət  işçilərinə təşəkkürünü bildirib.

Müşavirədə Sumqayıtın 70 illik yubileyi ilə bağlı regional tədbirlərin keçirilməsi, mahnı, şeir və rəsm müsabiqələrinə Sumqayıta həsr olunmuş  mahnıların, şeirlərin, rəsm işlərinin təqdim olunması müzakirə olunub.   

Sonda idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq  qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.

 

Paylaş: