Şb. Okt 19th, 2019

Türkiyədə məşhurların öldüyü “islamçı” HÜCUM

Türkiyənin Sivas şəhərində iyulun 2-də “Madımak faciəsi”nin 26-cı ildönümü anılıb.

Anım tədbirləri çərçivəsində vətəndaşlar keçmiş “Madımak” oteli qarşısında yaradılan xatirə guşəsinə qərənfillər qoyub, hadisə zamanı dünyasını dəyişən sənətçi, şair və yazarların ailələri bir araya toplaşıb.

“Bundan 26 il öncə burada dəhşətli bir hadisə yaşandı. Sivasın bağrına xəncər sancıldı”, – tədbirlər zamanı çıxış edən Sivas valisi Saleh Ayxan bildirib.

Xatırladaq ki, faciə 2 iyul 1993-cü il tarixində Sivasda baş verib. Pir Sultan Abdal Kültür Dərnəyi tərəfindən təşkil edilmiş Pir Sultan Abdal Şənlikləri zamanı “Madımak” oteli sünni islamçılar tərəfindən yandırılıb və əksəriyyəti ələvi olan 33 yazıçı, aşıq, 2 otel əməkdaşı yanaraq və tüstüdən boğularaq həyatlarını itirib. Həmçinin küçədə toplaşan nümayişçilərdən də iki nəfər həlak olub. Hadisələr zamanı ölənlərin arasında məşhur yazar və tənqidçi Asim Bəzirci, xalq ozanı Nəsimi Çimən, xalq ozanı Muhlis Akarsu, şair Mətin Altıox və bəstəkar Həsrət Gültəkin də olub. Məşhur türkiyəli yazar, əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan Əziz Nesin isə hadisələrdən yaralı halda qurtulub. Onu küçədə toplaşmış kütlənin əlindən polis əməkdaşları xilas edib. (axar.az)

Paylaş: