Ça. Dek 10th, 2019

Bakıda yol polisi belə rüşvət alır – VİDEO

Sosial şəbəkələrdə polis əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən videogörüntülər yayılıb.

Turkustan.info xəbər verir ki, görüntü Bakıda qeydə alınıb.

Videodan aydın olur ki, yol polisi hər iki gəncdən 10 manat pul alaraq onlara qanunla nəzərdə tutulan protokolu yazmır.

Hər iki piyada ayrı-ayrılıqda 10 manat verərək polisi razı salıb ərazidən uzaqlaşır.

Qeyd edək ki, yolu təyin olunan yerdən keçməyən piyadalar üçün 40 manat cərimə nəzərdə tutulub. Cərimələnən hər bir şəxs yazılan protokola uyğun olaraq banka ödəniş edir.

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovdan açıqlama almağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.  /Oxu.Az/

Paylaş: