Bz. Dek 8th, 2019

Şəbnəm Tapdıqdan AĞILASAĞIMAZ İDDİA: Bütün Şəbnəmlər mənə pul ödəsin… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Qəhrəmanlını polisə şikayət edərək adının dəyişdirilməsini tələb edib.

Şəbnəm Tapdıq bu işlə “ciddi” şəkildə məşğul olmağa qərar verib. Məsələ ondadır ki, o, digər məşhur adaşlarından da adının dəyişdirləməsini tələb edir. Bu barədə aparıcı Şəbnəm Həsənova bu haqda sosial şəbəkədə məlumat verib. O, bildirib ki, Şəbnəm Tapdıq adına görə aparıcı Şəbnəm Həsənovanı MTRŞ-yə şikayət edib.

“Hazırda çalışdığım “Lider” televiziyasına Milli Televiziya və Radio Şurası (MTRŞ) və Müəllif Hüquqları Agentliyindən məktub gəlib. Bir sözlə xanım tələb edir ki, bütün tanınmış “Şəbnəm”lər özlərinə efir təxəllüsü seçsinlər. Əks halda, biz Şəbnəm xanıma “patent” ödəməliyik” , – deyə aparıcı qeyd edib.

Aparıcı şikayət ərizəsinin fotolarını sosial şəbəkədə paylaşıb. (publika.az)

Paylaş: