Şb. Okt 19th, 2019

Rusiya Ermənistanla birgə iri hərbi təlimlər keçirəcək

Rusiya və Ermənistan bu il bir neçə hərbi təlim keçirməyi planlaşdırırlar.

Ermənistan mətbuatı yazır ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan bildirib.

Onun sözlərinə görə, təlimlərdən ikisi irimiqyaslı olacaq:

“Kompleks təlimlər Ermənistanda müxtəlif qoşun növlərinin iştirakı ilə avqust, sentyabr və oktyabr aylarında təşkil ediləcək”.

Qeyd edək ki, Rusiya-Ermənistan birgə irimiqyaslı hərbi təlimləri sonuncu dəfə ötən il keçirilib.     /oxu.az/

Paylaş: