Şb. Okt 19th, 2019

Şoyqu Putinə hesabat verdi: “Loşarik”də nə baş verib?

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus dərin su aparatında qəzanın əsas səbəbi akkumulyator bölməsindəki alışma olub.

Bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə hesabatında deyib.

“Hadisənin əsas səbəbi müəyyən edilib. Akkumulyator bölməsində yanğın başlayıb və yayılıb”, – Şoyqu bildirib.

Xatırladaq ki, Rusiyada tədqiqat üçün nəzərdə tutulan sualtı qayıqda baş verən yanğın zamanı 14 dənizçi həlak olub. (axar.az)

Paylaş: