Şb. Okt 19th, 2019

Ərdoğandan Davudoğlu və Babacana sərt sözlər

AKP istiqamət partiyasıdır. Bu xalqın və haqqın istiqamətidir. Biz bu istiqamətdə davam edirik.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əhməd Davudoğlu və Əli Babacanın yeni partiya qurması iddiaları ilə bağlı danışarkən deyib.

“Bu istiqamətdən azanlar oldu. Röyalara dalanlar, mühəndislik hesabları ilə mövqe tapmağa çalışanlar, AKP-nin kölgəsini öz kölgəsi sananlar içi boş çuval kimi devriləcəkdir. Onların nə etdikləri deyil, bizim nə etdiyimiz önəmlidir”, – Ərdoğan bildirib. (axar.az)

Paylaş: