Ca. Avq 22nd, 2019

DİN-nin yeni I müavini Seyfulla Əzimov kimdir? – Əməliyyat FOTOLARI

Xəbər verdiyimiza kimi Prezident İlham Əliyevin sərəncamı ilə polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

Turkustan.info bildirir ki, S.Əzimov bu təyinatək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 2019-ci il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.

Seyfulla Əzimov isə Quba Rayon Polis Şöbəsinin rəisi olub. Əzimov daha çox ADNA-da 2009-cu ildə baş verən terror hadisəsindən sonra tanınmağa başlayıb. O, həmin vaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Hadisəni eşidən kimi ADNA-ya gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyada avtomatla əməliyyat zamanı çəkilmiş kadrları da var.
Qısa müddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona daha böyük post – Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (“Bandotdel”) etibar olunur.
Maraqlıdır ki, bir neçə il ərzində ardıcıl vəzifə təyinatı alan Əzimovla bağlı mediada çox az məlumata rast gəlmək olar.

Turkustan.info Əzimovun ADNA-da baş verən terror hadisəsini əks etdirən kadrlardan əldə etdiyimiz fotoları və digər şəkillərini təqdim edir.

Paylaş: