Ç. Sen 18th, 2019

İran neftini qanunsuz daşıyan tanker kimindir?

Cəbbalütariqdə saxlanılan “Grace 1” tankeri Rusiyanın “Titan Şipinq Layn” şirkətinə məxsusdur.

Bu məlumatı “Mehr” agentliyi yayıb. Məlumata görə, bu gəmi İran neftini Suriyaya daşıyıb. Saxlanılan gəminin isə rəsmən BƏƏ-də qeydiyyatda olduğu vurğulanıb.

Qeyd edək ki, bundan öncə Cəbbalütariqdə Panama bayrağı altında üzən “Grace 1” supertankeri saxlanılıb. Saxlanılan tankerin 2 milyon barrel neft daşıdığı müəyyən edilib. Britaniya rəsmiləri tankeri ABŞ-ın xahişi əsasında saxladıqlarını bildiriblər. (axar.az)

Paylaş: