Şb. Okt 19th, 2019

Karasindən şok: “Ya silah, ya da…” – Qafqazda SAVAŞIN ANONSU VERİLDİ

“Qafqazla bağlı Cenevrədə aparılan müzakirələrə alternativ ola bilməz”.

Bunu Rusiya xarici işlər nazirinin köməkçisi Qriqori Karasin deyib.

O, Gürcüstanla Abxaziya və Cənubi Osetiya məsələlərinə dair aparılan danışıqların alternativi olmadığını bildirib:

“Bizim başqa alternativlərimiz yoxdur. Cenevrə Gürcüstan, Abxaziya və Cənubi Osetiya nümayəndələrinin qarşılaşdığı yeganə formatdır, digər formatlar yoxdur. Ya Cenevrədə bir araya gəlin, ya da Silahlı Qüvvələrinizlə mübarizə aparın. Amma Cenevrə müzakirələri Cənubi Qafqazdakı mənfi situasiyanın aradan qaldırılması üçün ən yaxşı vasitədir”.

Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair Cenevrə müzakirələri 2008-ci ilin oktyabr ayından etibarən keçirilir. Başlıca məqsədlərin biri məsələlərin həllinə dair hərbi gücdən istifadə edilməsinin qarşısını alan sənədin imzalanmasıdır.

Rusiya Gürcüstanı qondarma Abxaziya və Cənubi Osetiya respublikaları ilə bu müqaviləni imzalamağa çağırır. Lakin bu qondarma respublikaların müstəqilliyini tanımayan rəsmi Tiflis bu sənədi imzalamaq istəmir. (teleqraf.com)

Paylaş: