Şb. Okt 19th, 2019

Səddam Hüseynə edam hökmü oxuyan hakim öldü

İraqın keçmiş prezidenti Səddam Hüseynə ölüm hökmü oxuyan hakimlərdən biri-  Rauf Rəşid vəfat edib.
Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, o, iyunun 4-də İraqın Süleymaniyyə şəhərində xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, milliyyətçə kürd olan R.Reşid 2006-cı il noyabrın 5-də məhkəmədə Səddam Hüseyn barəsində çıxarılan edam hökmünü oxuyub.   /BAKUPOST/

Paylaş: