Şb. Okt 19th, 2019

SON DƏQİQƏ: Türkiyədə güclü PARTLAYIŞ – ölənlər və yaralılar var – VİDEO

Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda partlayış baş verib.

Türkiyənin NTV kanalı xəbər verir ki, avtomobildə baş verən partlayış nəticəsində 2 nəfər həyatını itirib. Daha 2 nəfər yaralanıb.

Hadisədən dərhal sonra əraziyə xilasedicilər, təcili tibbi yardım briqadaları və təhlükəsizlik əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır. (redaktor.az)

Paylaş: