Bz. Okt 20th, 2019

Valideynlərin DİQQƏTİNƏ: Uşaqlarınızı bu oyunlardan qoruyun – VİDEO

Müxtəlif növ silahları seçərək sonra ya tək, ya da komanda şəklində müharibə oyunları oynayırlar.

İlk baxışdan bu oyunlar uşaqlar üçün adi əyləncə kimi görünsə də əslində onlarda silaha, zorakılığa şüuraltı meyl yaradır. Ekspertlər hesab edir ki, bu oyunları oynayan uşaqlar adətən öz dostlarına vəsinif yoldaşlarına qarşıaqressiv davranırlar.Psixoloq İbrahim İbrahimov bildirir ki, müharibə oyunları bir sıra səbəblərə görə uşaqların psixologiyası üçün zərərlidir.

Adətən zorakılıq oyunları oynayan uşaqlarda özünə qapanma, sosial fobiya kimi davranışlar daha çox özünü biruzə verir. Bəs görəsən müharibə oyunlarını hansı oyunla əvəzləmək olar və bu oyunları neçə yaşından yuxarı uşaqların oynamasında problem yoxdur?

Ekspert uşaqların oynadıqları oyunlara görə valideynlərin daha çox məsuliyyət daşıdığını bildirir… Elə paytaxt sakinləri də bu məsələdə həmfikirdilər.

Onu da qeyd edək ki, uşaqların oynadıqları müharibə oyunları hazırda əksər internet klublarında oynanılır.

(Xəzər Tv)

Paylaş: