04 Avqust 2020 23:23

ANA DİLİ TƏLİMİNİN NƏZƏRİ ƏSASLARI

Kurrikulum yönümlü dərslərin uğurlu olması onun planlaşdırılması ilə sıx bağlıdır. Müəllim növbəti mövzunun ifadə etdiyi məna qatlarından səmərəli istifadə etmək üçün dərsin planını tutarkən şagirdlərdə hansı bacarıqlar yaradacağını əvvəlcədən təsəvvür etməlidir. O sabahkı dərsə hazırlaşarkən 45 dəqiqənin nəyə həsr edəcəyini əvvəlcədən götür-qoy edir. Əgər dərsin bütün prosesləri düzgün müəyyənləşsə müəllim vaxt itirməyəcək və çalışacaq ki, şagirdlər də əsl məqsəddən uzaqlaşıb vaxt itkisinə yol verməsinlər. Bunun üçün məqsəd aydınlığı başlıca rol oynayır. Müəllim dərs planında 4 əsas suala cavab axtarır. 1.Nə öyrədilməlidir? (Təlimin məzmunu) Bu suala cavab tapmaq üçün müəllim mətni diqqətlə oxuyur və onun verdiyi əsas imkanları aşkarlayır. Mövzu hətta bir neçə cümlədən ibarət olsa da onun məzmunundan müxtəlif məqsədlər üçün istifadə etmək olar. Məsələn, birinci sinifdə “Uşaq vəbuz” şeirini tədris etməyə hazırlaşan müəllim ilk növbədə “Müəllimlər üçün vəsait”ə (Bakı 2008) müraciət edir. Həmin vəsaitdə yazılır: Məqsəd: Şagirdlərə suyun təbiətdə üç halda olduğunu öyrətmək Müəllim düşünür: Müəllimlər üçün vəsait kurrikulum sənədinin tərkib hissəsidir və ondan kənara çıxmaq olmaz. Lakin müəllim nəzərə alsa ki, bundan əvvəlki dərslərdən biri olan “Uşaqların qış sevincləri” mövusunun məqsədi qış fəslinin faydası haqqında məlumat vermək idi. Onda “Fəsillər” mövsunun məqsədi belə olmalıdr : “Hər bir fəslin gözəllikləri ilə tanışlıq.” Əgər məqsəd təbiəti bütün gözəlliyi ilə öyrətməkdirsə, onda “Uşaq vəbuz” şeirində də həmin məqsədi davam etdirmək olmazmı? Deməli, müəllim “məqsəd” seçərkən tam sərbəstdir. Müəllim fikirləşibilər ki, suyun təbiətdə üç halda olmasını 12 öyrətməkdənsə buz üstə sürüşən və ya yıxılan uşaqla bağlı əhvalatdan başqa bir məqsədlə də istifadə etmək olar. Məsələn: Uşağın qorxmazlığını nümayiş etdirmək: 1) İnsan bir çətinə düşəndə özünü necə aparmalıdır? 2) Qışın fəsadlarına hazır olmaq lazımdır 3) Yazda buzun əriyəcəyini uşağın başa düşməsi, yəni təbiət hadisələrindən baş çıxarması 4) Məktəbə getmək üçün şagirdin heç bir çətinlikdən qorxmaması.

Göründüyü kimi bir mövzudan bir neçə məqsəd kimi istifadə etmək olar. Məqsəd müəyyənləşəndən sonra müəllim ona uyğun metodika seçir. Bu da vacib mərhələdir. Məsələn, yuxarıda adını çəkdiyimiz metodik vəsaitdə məqsəd “şagirdlərə suyun təbiətdə üç halda olduğunu öyrətmək”dirsə bu daha çox elmi xarakter daşıyır. Buna görə də həmin vəsaitdə müəlliflər induktiv dərs modelini seçmişlər. Məqsəddən asılı olaraq başqa metodikalardan da istifadə etmək olar. Məsələn, həmin mövzunu keçərkən əgər “insan çətinliyə düşərkən özünü necə aparmalıdır” sualına cavab tapmaq məqsədini seçirsə onda “müzakirə metodları”ndan istifadə etmək olar. Bu fəal təlimdəən çox istifadə olunan metoddur. Ona “Diskussiya”, “Debat”, “Müzakirə xəritələri”, “Klassik dialoq” vəs kimi variantları vardır. (Bu barədə bax: Zülfiyyə Veysova, Fəal/interaktiv təlim: Müəllimlər üçün vəsait) Dərsin hansı şəraitdə keçiriləcəyi də başlıca amildir. Burada tərbiyəedici məqsəd əsas götürülür. Mövzu tədris olunarkən ümumbəşəri və vətəndaş dəyərləri nəzərə alınır. Müəllim dərs prosesində şagirdin mənəvi keyfiyyətlərinə yüksək davranış mədəniyyətinin tərbiyə olunmasını nəzərdə tutur. Həmçinin dərs prosesində bilikləri əldə etmək həvəsi yaradır. Şagirddə özünəhörmət formalaşdırır. Həmçinin estetik təfəkkürün inkişafının vəelmi dünyagörüşün formalaşması qayğısına qalır.

Biz yuxarıda dərsin standartlara uyğun məqsədlərinin, dərsin metodikasının müəyyənləşdirilməsi haqqında bəhs etdik. Dərs planında motivasiyaya hazırlıq görülməsi də nəzərdə tutulur. Motivasiya əslində dərsin problemidir. Dərsin məqsədindən asılı olaraq müəllim problemi müəyyənləşdirir: müzakirəyə nəyi çıxaracaq? Əsl problem çoxlu fərziyyələr doğurur. Fərziyyənin bolluğu problemin tutumundan asılıdır. Həmin fərziyyələri bir məxrəcə gətirmək üçün tədqiqat sualı tapılmalıdır. Tədqiqat sualı sehrli çıraqdır. Yeni biliyin kəşf olunmasına doğrugedən yolu işıqlandıracaq gücə malikdir. Tədqiqat sualı uşağın idrak mexanizmini fəaliyyətə gətirir. Dərsin gedişində hamını özünə cəlb edən də məhz tədqiqat sualıdır. Buna görə də psixoloqlar dərsin bu mərhələsini “motivasiya” – müzakirəyə cəlb edən səbəb adlandırırlar. Bu həm dərsə, həm də şagird təfəkkürün ətəsir edən güclü bir amildir. Sualın qoyuluşu elə olur ki, ona bir cümlə ilə cavab vermək mümkün olmasın. “Hə” və“yox” sözləri də kara gəlməsin. Sual düşünməyə, idraka təsir etməlidir. Bu da əslində şagirdin müstəqilliyinə, sərbəstliyinə gətirib çıxarır. Uşaq öz fikrini “mənə elə gəlir ki..,” “belə fikirləşirəm ki,” “məncə..,” “dərindən düşünəndə..,” “mənim fikrimcə” kimi sözlərlə başlayır. Onun cavabları şagirdi müəllimin: “düz fikirləşmirsən!”, “doğrudeyil!”, “bəlkə bir az da fikirləşərsən” kimi təhqiramiz ifadələrindən xilas edir. Dərsin bu mərhələsinin lazımi səviyyədə başlaması onun sonrakı uğurlarının əsası olur.

Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Azərbaycan dilinin saflığının qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində dərc olunur

 

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin