Be. Sen 16th, 2019

UFC-də nokaut rekordu – VİDEO

UFC döyüşçüsü Xorxe Masvidal Las-Veqasda keçirilən turnirdə qələbə qazanmaqla tarixə düşüb.

Amerikalı idmançı həmyerlisinə nokautla qalib gəlib. Döyüşün videosu UFC Español-un Twitterhesabında yerləşdirilib. 

Qələbə qazanmaq üçün Masvidala 5 saniyə kifayət edib. O, dizi ilə rəqib idmançının başına zərbə endirib. Bu, UFC tarixində ən tez qeydə alınan nokaut olub.

/oxu.az/

Paylaş: