Ça. Dek 10th, 2019

Yolları çirkləndirən yük maşınlarının sürücülərinə XƏBƏRDARLIQ

Yollarımızda minik maşınları yanaşı yük avtomobillərinin də sayı kifayət qədərdir. Bəzən yük maşınlarının normadan artıq yükləməsi yollarda qəzalara səbəb olur. Bəs görəsən yük maşınlarından yola tökülən qırıntılara, yüklərə həmin sürücülərə cərimə yazılır? Yol polisi qayda pozan yük maşınlarının sürücüləri ilə necə mübarizə aparırır?

Turkustan.info xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev bildirib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sürücülər idarə etdikləri mexaniki nəqliyyat vasitələrində daşıdıqları yükün düşməməsi, hərəkətə mane olmaması üçün hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidirlər.

“Bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən qirx manat məbləğində cərimə nəzərdə tutulur. Həmin Məcəcllənin 122.1-ci maddəsinə müvafiq olaraq qeyd olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinı nəzərə alaraq, DİN Baş DYP İdarəsi sürücülərin və avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, yük daşıma qaydalarının pozulmasına, yəni qanunvericiliklə nəzərdə tutulmuş qabarit ölçülərindən kənara çıxan, sürücünün ətrafı görməsini məhdudlaşdıran, toz qaldıran, yolu və ətraf mühiti çirkləndirən, qeydiyyat və tanınma nişanlarının üstünü tutan, habelə üstünə örtük çəkilmədən taxıl, ot, yem və tökülən digər yüklərin daşınmasına görə həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati xəta haqqında elektron qərar tərtib olunur.

Odur ki, sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə yük daşıma qaydalarına ciddi riayət etmələri tövsiyə olunur”.

Paylaş: