Şb. Okt 19th, 2019

İran gözlənilən QORXUNC AÇIQLAMANI verdi: Sərhədi keçdik

İran nüvə sazişində nəzərdə tutulan uranın zənginləşdirilməsi səviyyəsini 4,5-ə çatdırıb.

Bunu İran Atom Enerjisi Qurumunun mətbuat katibi Bəhruz Kamalvəndi açıqlayıb.

ISNA xəbər agentliyinə danışan mətbuat katibi bildirib ki, İran uranın zənginləşdirilməsi səviyyəsini bu səhər keçib. Həmçinin bildirib ki, sözügedən artım ölkədəki atom reaktorlarının yanacaq ehtiyacını qarşılamaq üçündür.

İran Xarici İşlər Nazirliyi bu səhər verdiyi açıqlamada bildirmişdi ki, nüvə razılaşmasının tərəfləri öhdəliklərini yerinə yetirməsə, atılacaq üçüncü addım daha sərt olacaq. Bundan başqa, İran yeni bir sazişə qol çəkməyəcək.

Nazirliyin mətbuat katibi Abbas Musəvi qeyd edib ki, razılaşmanın xilas edilməsi üçün Avropanın 60 gün müddəti var.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani nüvə razılaşmasının tərəflərinə İranın maraqlarını qoruyan tədbirlər görməsi üçün 60 gün müddət vermişdi. Verilən zaman başa çatandan sonra İran öhdəliklərini azaltmış və uranın zənginləşdirilməsi (3,67) limitini keçmişdi. (publika.az)

Paylaş: