Şb. Okt 19th, 2019

İran məhkəməsindən güneyli fəala ağılasığmaz CƏZA: Ailəsi ilə birlikdə…

Güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə hökm oxunub.

Fəal İran İnqilab Məhkəməsininin qərarı ilə 8 il azadlıqdan məhrum edilib.

Bundan başqa Lisaniyə ailəsi ilə birlikdə 2 il Yəzdə sürgün edilmək cəzası verilib.

Əlvə edək ki, Abbas Lisani bu ilin yanvar ayında İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən saxlanılıb.

O, İran hakimiyyəti əleyhinə təbliğat aparmaq, dövlətin təhlükəsizliyini təhdid edən fəaliyyətləri icra etmək kimi qondarma ittihamlarla mühakimə olunub. (teleqraf.com)

Paylaş: