Şb. Okt 19th, 2019

Putinin kortejindəki sedanın qiyməti açıqlandı

Rusiyanın Sənaye və Ticarət Nazirliyi “Aurus” markasının “Senat” adlı sedanın qiymətini açıqlayıb.

“Lenta.ru” xəbər verir ki, “Aurus” markası altında maşınlar Rusiya dövlətinin birinci simaları üçün nəzərdə tutulan avtomobilləri birləşdirən “Kortej” layihəsi çərçivəsində istehsal edilir.

İlkin olaraq sedanlar təqribən 18 milyon rubla (təqribən 480 644 manat – red.) satılacaq.

Qeyd edək ki, “Aurus” yüksək sinifli avtomobillərdir. Buraya “Senat-limuzin”, “Senat” sedan, “Arsenal” miniven və ad verilməyən kabriolet daxildir.

Xatırladaq ki, 2018-ci il mayın 7-də Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasiminə “Aurus Senat” limuzinində gəlmişdi.

Paylaş: