Be. Dek 9th, 2019

Türkiyənin maraqla gözlənilən tarixi serialı haqqında BÜTÜN TƏFƏRRÜATLAR məlum oldu: bu kanalda yayımlanacaq

Türk dünyasının maraqla gözlədiyi “Diriliş Osman” serialı ilə bağlı təfərrüatlar məlum olub.

Serialın ssenari müəllifi və prodüseri Mehmet Bozdağ sosial media vasitəsilə serialın yayımlanacağı telekanalın adını açıqlayıb.

Bozdağ bildirib ki, maraqla gözlənilən ekran əsəri ATV-də izləyicilərin görüşünə gələcək.

Qeyd edək ki, “Diriliş Osman” serialının baş qəhrəmanı Ərtoğrul bəyin oğlu obrazını məşhur aktyor Burak Özçivit canlandıracaq. Osman bəy Anadoluya gələn bir türkman boyuna mənsub Söğyüd uc bölgəsində məskunlaşan Ərtoğrul qazinin oğludur.

Serialın yayıma başlayacağı günlə bağlı rəsmi açıqlama verilməsə də, ilk mövsümü olan “Diriliş Ərtoğrul” kimi sentyabr ayında yayımlanacağı gözlənilir.

Burak Özçivit və Ərtoğrul obrazını canlandıran Engin Altan Düzyatan eyni səhnələrdə yer almayacaq. (publika.az)

Paylaş: