Şb. Okt 19th, 2019

176 əsgər həbs edildi – SON DƏQİQƏ

Türkiyədə 176 əsgər tutulub.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan FETÖ sılahlı terror təşkilatı istintaqı çərçivəsində 176 əsgər həbs edilib.

Aparılan əməliyyatda 1 polkovnik, 2 podpolkovnik, 5 mayor, 7 kapitan, 100 baş leytenant, 18 leytenant və 43 çavuş gözaltına alınıb.

İstanbul Baş Prokurorluğundan edilən açıqlamada bildirilib:

“Fətullahçı terror örgütünün Türkiyə ordusu daxilinə sızmış və hələ də deşifrə olmayan mənsubları sayca çevrilişə qatılanlardan çoxdur. Bu səbəbdən bu terror təşkilatı konstitusiya düzəni üçün ən təhlükəli terror təşkilatıdır”.     /Metbuat.az/

Paylaş: