Be. Avq 26th, 2019

2-ci Beynəlxalq yay məktəbi iştirakçıları ADAU-nun tədris-təcrübə təsərrüfatında olublar

2019-cu ilin 9-18 iyul tarixlərində bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi təşkil olunub. 
Proqram çərçivəsində məktəb iştirakçıları və qonaqlar universitetin tədris-təcrübə təsərrüfatında olublar. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlar və məktəb iştirakçılarına tədris-təcrübə təsərrüfatında görülən işlərdən, yaradılan şəraitdən danışıb, ətraflı məlumat verib. Rektor deyib ki, gördüyünüz kimi bu təsərrüfatda üzüm və meyvə bağı salınıb, bütün bitki növlərindən əkilib. Açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar tikilib. Eyni zamanda burada qoyunçuluq və maldarlıq kimi iki böyük ferma inşa edilib.
Sonra görülən işlərlə tanışlıq olub.

Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar, ağaç, gökyüzü, çocuk ve açık hava

Görüntünün olası içeriği: 5 kişi, ayakta duran insanlar ve takım elbise

Görüntünün olası içeriği: 7 kişi, ayakta duran insanlar

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, ağaç ve açık hava

Görüntünün olası içeriği: 5 kişi, açık hava

Görüntünün olası içeriği: 7 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, ayakkabılar, çocuk, gökyüzü ve açık hava

 

Paylaş: