Bz. Okt 20th, 2019

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi yay istirahəti müddətində uşaqların və gənclərin asudə vaxtının təşkili məqsədilə bir sıra tədbirlər keçirir.

Kitabxanada gənclərin mənəvi tərbiyəsi, pis vərdişlərdən uzaqlaşması məqsədilə “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib.

Tədbirin aparıcısı Zibeydə Məmmədova oxuculara mövzu ilə bağlı məlumat verərək bildirib ki, “narkomaniya insanın səhhətini və mənəviyyatını təhlükədə qoymaqla yanaşı bəşəriyyətin yaratdığı sivilizasiya üçün təhlükə törədir. Narkomaniyaya düçar olmuş şəxs psixi cəhətdən normal qala bilmir, özünün ən yaxşı mənəvi xüsusiyyətlərini məhv edərək yaddaşını, dostlarını və ailəsini itirir, cinayətkar aləmə cəlb olunur, ətrafdakılara bəlalar gətirir və nəhayət özünü cismani cəhətdən məhv edir. Biz hamılıqla insanları, xüsusilə də gənclərimizi bu xoşagəlməz vərdişlərdən uzaqlaşdırmağa və genefondumuzu yad təsirlərdən qorumağa çalışmalıyıq”.

Sonra oxucuların mövzuya dair çıxışları, “Ağ ölüm”ün zülmət yolu”, “Narkomaniya və cəmiyyət”,  “Ağ ölüm”ün qara ləkəsi”, “Narkomaniya və onun fəsadları” adlı mühazirələr dinlənilib,  oxucular öz fikir və düşüncələrini bölüşüblər.

Sonda zibeydə məmmədova oxucuları kitabxananın fondunda mövzu ilə bağlı ədəbiyyatlar və dövrü mətbuat materialları ilə tanış edib, oxucuların suallarını cavablandırıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

Paylaş: