Ça. Okt 15th, 2019

Rus general təcili görüş üçün Azərbaycana gəldi

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.
Turkustan.info “İnterfaks”a istinadən xəbər verir ki, Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda olduğu müddətdə NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uoltersləgörüşəcək.
Bununla yanaşı, V.Gerasimov Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır.
Xatırladaq ki, ötən ilin dekabr ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Bakıda görüşüb.
Xatırladaq ki, Rusiya Baş qərargahının rəisi ilə ABŞ, habelə NATO komanları arasında bundan əvvəl də Bakıda dəfələrlə danışıqlar olub.   /qaynarinfo.az/ 

Paylaş: