Be. Okt 14th, 2019

İnternetdə tanış olduğu qadının evinə gedən kişi lüt vəziyətdə “balkon”dan asılı qaldı – VİDEO

O, nərdivanla aşağı endirilib

İstanbulun Sultanqazi bölgəsində maraqlı hadisə baş verib.

Turkustan.info xəbər verir ki, kişi internetdə tanış olduğu qadının evinə gedib. Elə bu zaman evin digər otağından çıxan naməlum şəxslər onun görüşdüyü qadına qoşularaq kişini döyərək pullarını əlindən alıblar. Ona zorla sənəd imzalatmaq istəyən zaman isə kişi qaçaraq eyvanda sallaşıb. Qışqıraraq yardım istəyən şəxsin köməyinə polis və yanğınsöndürənlər gəlib. O, nərdivanla aşağı endirilib. 3 cinayətkar isə qaçaraq hadisə yerindən uzaqlaşıb.

Kişinin eyvandan asılı halda qalaraq yardım istəməsini əks etdirən görüntülər sosial mediada yayılıb.

Həmin kadrları sizə təqdim edirik:

/AzNews.az/

Paylaş: