Ç. Dek 11th, 2019

Bakıda mitinq təyin olundu

Qarabağ Komitəsi iyulun 23-də “Ya Qarabağ, ya ölüm!” şüarı ilə mitinq keçirmək haqqında qərar qəbul edib. 

Turkustan.info bildirir ki, bu barədə məlumatı Cebhe.info-ya Qarabağ Komitəsinin mətbuat katibi Əvəz Zeynallı verib. Onun sözlərinə görə, budəfəki mitinq də Qarabağın azad olunması ilə bağlı keçlirilən aksiyaların davamıdır: “Bilirsiz ki, iyulun 23-ü həm də Ağdamın işğal günüdür. Hələ də torpaqlarımızın işğal altında olmasına etiraz əlaməti olaraq mitinq keçirmək qərarına gəldik”. 

Əvəz Zeynallı onu da əlavə edib ki, mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sabah rəsmi müraciət ediləcək. 

 

Paylaş: