Şb. Sen 21st, 2019

Bakı bu üsulla zərbə endirsə… – Zaxaryan

İranın elektrik enerjisi sektorunda yaranan problemlər Ermənistanın təhlükəsizliyini təhdid edir və bu, ölkəmiz üçün çox təhlükəlidir.

Turkustan.info xəbər verir ki, bunu erməni politoloq Armen Zaxaryan deyib.

Ekspert son zamanlarda İrandan Ermənistana elektrik enerjisi satışında problemlərin yarandığını bildirib:

“İranın enerjisi sistemində baş verən dəyişikliklər Ermənistan üçün çox təhlükəlidir. Əgər vəziyyət İranın energetika nazirinin dediyi kimidirsə, İran bu sahədə ciddi problemlərlə üzləşib və bu heç də yaxşı deyil.

Məlumdur ki, Azərbaycan ordusu aprel döyüşlərində Pilotsuz Uçan Aparatlardan (PUA) istifadə etdi, bundan başqa onlar elektriklə işləyən cihazlardan istifadə etdilər. Ehtimal olunan bir savaşın ortasında enerji problemi baş versə, nə olacaq? Bu, Ermənistan Silahlı Qüvvələrinə ağır zərbə olacaq, modern silahlardan istifadə imkanlarını itirəcəyik. Buna görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır”.   /Teleqraf.com/

Paylaş: