Ça. Okt 15th, 2019

Liderlərin oxşarının olub-olmamasını müsəlman-türk alimin qurğusu yoxladı…

Türkiyəli mütəxəssisin Yaponiyada qurulan üztanıma sistemi 30 ölkədə tətbiq edilir…

Türkiyənin “Haberler.com” portalının xəbərinə görə, 2018-ci ilin dekabrında Argentinada keçirilmiş “G20” zirvəsinin təşkilatçıları bu sistemdən ilk dəfə bəzi dövlət başçılarının oxşarlarının olmadığını təsdiqləmək üçün istifadə ediblər. Sistem, həmçinin, BMT-nin işində; sərhəd təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də miqrantlar arasında cinayətkarların və axtarışda olan şəxslərin olub-olmadığını yoxlamaqdan ötrü  fəal şəkildə tətbiq olunur.
Artıq dünyada məşhurlaşan türk, müsəlman alimi Sadi Vural Türkiyədə liseyi bitirdikdən sonra doktorluq dissertasiyasını müdafiə etmək üçün Yaponiyaya yollanıb. Burada Vural Yaponiyanın ilk üztanıma şirkəti olan “Ayonix”i qurub.  Şirkət 12 ildir ki, bu sistemlərin layihələndirilməsi, istehsalı və bazara çatdırılmasını təmin edir. Türk aliminin “Anadolu” agentliyinə söylədiyinə görə, şirkət hazırda 30 ölkəyə üztanıma sistemləri satır.
“Sistem “Böyük iyirmiliy”in Argentinadakı sammitində istifadə edildi. Oxşarlarının  olub-olmaması yoxlamasından 20 ölkənin lideri keçdi. Bu təcrübə firmamızın texnologiyası sayəsində dünyada ilk dəfə tətbiq olundu. Həmin günə qədər sistem əsasən müxtəlif yerlərdə təhlükəsizlik məqsədləri üçün quraşdırılmış təhlükəsizlik kameralarına qoşulurdu”, – deyə müsəlman alim bildirib.   /moderator.az/

Paylaş: