C. Okt 18th, 2019

Ruslar Putinə məhəl qoymadılar – Zurabişvilidən KRİTİK AÇIQLAMA

“Rusiya və Gürcüstan arasındakı gərginliyə baxmayaraq, rus turistlər ölkəmizə gəlməyə davam edir”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Rus turistlər həmişə kimi Gürcüstana gəlirlər”, – deyə ölkə başçısı qeyd edib.

Əlavə edək ki, Rusiya iyulun 8-də Gürcüstana təyyarə reyslərini dayandırıb. Bu barədə qərar Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilib.

Bundan başqa, Rusiya vətəndaşlarına müraciət edən hökumət Tiflisdə Moskva əleyhinə keçirilən mitinqlərə etiraz olaraq, Gürcüstana getməməyə çağırıb. (teleqraf.com)

Paylaş: