Şb. Dek 14th, 2019

ADAU-da elmi şuranın geniş iclası keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində 2018/2019-cu tədris ilinin yekunlarına həsr olunan elmi şuranın geniş iclası keçirilib. Şuranın iclasında Ümumilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi, hesabat dövründə universitedə görülmüş işlər və imtahan sessiyasının nəticələri müzakirə edilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə seçilməsi tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. O bildirib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf təhsil sektorunda da özünü göstərir. Bu inkişafın əsasında isə Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Həmçinin aqrar sahənin də inkişafına indi dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Bu da aqrar universitetin alimlərindən daha yaradıcı formada çalışmağı, elmi əsaslarla inkişafı təmin etməyi tələb edir. Əsas hədəfimiz universitetin mövcud maddi-texniki bazasından səmərəli istifadə etmək, tədrislə təcrübənin parallel tətbiqinin miqyasını genişləndirmək, gənc, perspektivli, müasir düşüncə tərzinə malik kadrları universitetdə pedaqoji işə cəlb etməkdir.
Daha sonra universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov çıxış edərək qeyd edib ki, bütün fakültələrdə imtahan sessiyası uğurla başa çatdırılıb. Sonda universitet və fakültə iş planlarının təsdiqi, professor-müəllim heyətində vəzifələrin tutulması və cari məsələlər müzakirə edilib.

Görüntünün olası içeriği: 2 kişi, oturan insanlar, iç mekan ve yazı

Görüntünün olası içeriği: 13 kişi, kalabalık ve iç mekan

Görüntünün olası içeriği: 13 kişi, kalabalık ve iç mekan

Görüntünün olası içeriği: 21 kişi, oturan insanlar, düğün ve iç mekan

 

Paylaş: