Şb. Dek 14th, 2019

Lavrovdan İrəvana ŞOK MESAJ: Putin gələnə qədər…

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində baş tutan görüş xoş keçməyib.

Bu məlumatı “İrates” yayıb. Məlumata görə, Lavrov budəfəki görüşdə AŞPA-dakı erməni nümayəndə heyətinin davranışı, eləcə də Gürcüstanın BMT Baş Assambleyasında Rusiyaya qarşı təqdim etdiyi qətnaməyə səsvermədə iştirak etməməsiylə bağlı narazılığını dilə gətirib:

“Görüşdə həmçinin Putinin 2 oktyabrda Ermənistana səfərinə də toxunulub. Lavrov Mnatsakanyana başa salıb ki, Putin İrəvana gələnə qədər Köçəryan həbsdən azad edilməlidir”. (axar.az)

Paylaş: