Ca. Dek 12th, 2019

S-400-ün “Patriot”la MÜQAYİSƏSİ: Hansı güclüdür? – VİDEO

Rusiyadan Türkiyəyə S-400 zenit raket komplekslərinin ilk hissələri çatdırılıb. Türkiyənin Müdafiə Nazirliyinin sözügedən informasiyanı yaymasından sonra bir çox mətbuat orqanında qardaş ölkənin aldığı S-400-lərlə ABŞ-ın “Patriot” komplekslərinin müqayisəsi aparılıb.

Öz sahəsində dünyanın ən müasir və güclü silahları sayılan komplekslərin müqayisəsini təqdim edirik:

“Patriot” sistemi radar, atəş nəzarət mərkəzi, enerji mənbələri, rabitə cihazları, texnoloji avadanlıqlar, radio-texniki və texniki kamuflyaj vasitələri, buraxılış qurğuları və idarə oluna bilən raketlərdən ibarətdir.

S-400 sistemi hər biri 12 buraxılış qurğusuna sahib 8 raket kompleksi, sistem nəzarət mərkəzi, radar mərkəzi, antenlər üçün səyyar qüllə, idarə olunan raketlər, texniki dəstək sistemi, raketlər üçün texniki qulluq vasitələrindən ibarətdir.

Sistemlərin aerodinamik hədəfləri vurma mənzili:

“Patriot” – 160 kilometr;

S-400 – 250 kilometr;

Sistemlərin ballistik raketləri vurma mənzili:

“Patriot” – 45 kilometr;

S-400 – 60 kilometr;

Hədəfləri vurma yüksəkliyi:

“Patriot”larda maksimum – 24 kilometr;

S-400-lərdə maksimum – 27 kilometr;

Radarların əhatə dairəsi və qurulma müddəti:

“Patriot” – 150 kilometr, 30 dəqiqə;

S-400 – 600 kilometr, 5 dəqiqə;

Sistemin reaksiya müddəti və raketin buraxılış bucağı:

“Patriot” – 15 saniyə, 38 dərəcə;

S-400 – 10 saniyə, 90 dərəcə.

(axar.az)

Paylaş: