Ç. Sen 18th, 2019

Sumqayıtda “Oxu, öyrən, əylən” adlı tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi Sumqayıtın 70, Uşaq şöbəsinin 50 illiyi və uşaqların asudə vaxtının səmərələi təşkili məqsədilə “Oxu, öyrən, əylən” adlı tədbir keçirib.

Nəriman Nərimanov parkında keçirilən tədbirdə oxucularla birlikdə ucadan oxu keçirilib, oxunan kitablara aid verilən suallar cavablandırılıb.

Sonra uşaqların iştirakı ilə “Şən startlar” oyunu keçirilib.

“Sumqayıt -70” və “ Uşaq Şöbəsi -50” komandaları arasında keçirilən oyun “Sumqayıt -70” komandasının qələbəsi ilə başa çatıb və qaliblər hədiyyələrlə mükafatlandırıb.

Tədbir boyu yaşılllığın qoynunda uşaqlar müxtəlif stol ustu oyunlar (domino, şahmat dama və s.) və bir sıra unudulmaqda olan uşaq oyunları oynayaraq maraqlı vaxt keçiriblər.  

Sonda “Yaya kitabla” başlığı altında hazırlanan sərgi haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbir oxucular və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

Paylaş: