Ç. Dek 11th, 2019

Azərbaycanda polis əməkdaşına silahlı hücum olub – 1 NƏFƏR ÖLDÜ – YENİLƏNİB

Goranboyda baş verən silahlı insident nəticəsində 2 nəfər xəsarət alıb, bir nəfər ölüb.

Turkustan.info xəbər verir ki, hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Ölən şəxs 1999-cu il təvəllüdlü, Goranboy rayon sakini Əhmədov Təbriz Xalıq oğludur.

Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır. 

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.

***

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.  /Yeniavaz.com/

Paylaş: