Ç. Dek 11th, 2019

“Bölgə kimyəvi partlayışın astanasındadır” – Rusiyadan qorxunc xəbərdarlıq

“Terrorçular Suriyanın İdlib bölgəsinə kimyəvi silahlarla hücuma hazırlaşır”.

Turkustan.info xəbər verir ki, bunu Rusiyanın Beynəlxalq Kütləvi Qırğın Silahlarının Qadağan edilməsi Təşkilatındakı daimi nümayəndəsi Aleksandr Şulqin deyib.

Şulqin İdlibə hücum etməyə hazırlaşan terrorçuların son günlər bölgədə təxribatlar törətməyə başladığını iddia edib.

Rus diplomat 2013-cü ildə Şərqi Quta bölgəsində istifadə edilən kimyəvi silahların kütləvi qırğınlara yol açmasını xatırladıb.

Əlavə edək ki, 21 avqust 2013-cü il tarixində Dəməşqin şərqindəki Quta bölgəsində sarin qazından istifadə edilməsi kütləvi qırğınlara yol açıb. Suriya müxalifəti və ABŞ buna görə Bəşər Əsəd rejiminin məsuliyyət daşıdığını açıqlayıb.

Hücumda 1729 nəfər insan həlak olub.  /Teleqraf.com/

Paylaş: