Ca. Noy 21st, 2019

Azərbaycanın ən yaşlı və ən gənc naziri – TAM SİYAHI

Azərbaycanda ən yaşlı nazir Səhiyyə nazirli Oktay Şirəliyev hesab olunur. Təxminən bir aydan sonra – avqust ayının 12-də Səhiyyə nazirinin 69 yaşı tamam olacaq.
Turkustan.info xəbər verir ki, Səhiyyə nazirli Oktay Şirəliyev həm də penxiya yaşı tamam olan yeganə nazir hesab olunur. “Əmək pensiyaları haqqında”  qanunun tələblərinə görə, iyul ayının 1-dən etibarən kişilərin pensiya yaşı  64 il 6 ay müəyyən olunub.
İyun ayının 1-də 64 yaşı tamam olan Ədliyyə naziri Fikrət Məmmədovun isə pensiyaya çıxa bilməsi üçün hələ 6 ay vaxtı var.
Nazirlər arasına ən gənci isə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. Nazir Sahil Babayev  39 yaş var.
Nazirlərin yaşını təqdim edirik:
– Səhiyyə nazirli Oktay Şirəliyev – 69 yaş
– Ədliyyə naziri Fikrət Məmmədov – 64 yaş
– Mədəniyyət naziri Əbülfəs Qarayev – 63 yaş
– Müdafiə sənayesi naziri general-polkovnik Mədəd Quliyev – 61 yaş
– Müdafiə naziri general-polkovnik Zakir Həsənov – 60 yaş
– Xarici işlər naziri Elmar Məmmədyarov – 59 yaş
– Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov – 58 yaş
– Maliyyə naziri Samir Şərifov – 58 yaş
– Gənclər və idman naziri Azad Rəhimov – 55 yaş
– İqtisadiyyat naziri Şahin Mustafayev  – 54 yaş
– Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev – 52 yaş
– Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov – 51 yaş
–  Energetika naziri Pərviz Şahbazov – 50 yaş
– Təhsil naziri Ceyhun Bayramov – 46 yaş
– Vergilər naziri Mikayıl Cabbarov –  43 yaş
– Kənd təsərrüfatı naziri İnam Kərimov – 42 yaş
– Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə – 42 yaş
– Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev – 39 yaş   /Yeniavaz.com/

Paylaş: