Ç. Dek 11th, 2019

Paşinyan “sağ əlini” ABŞ-a göndərir

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edəcək.

Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinin tərkibinə  “Mənim Addımım” Blokunun rəhbəri Lilit Makunts, İşıqlı Ermənistan Fraksiyasının rəhbəri Edmon Marukyan, Çiçəklənın Ermənistan Fraksiyasının katibi Arman Abovyan və parlamentin hüquqi məsələlər üzrə komissiyasının sədr müavini Anna Karapetyan daxildirlər.

Erməni nümayəndə heyətinin səfəri iyulun 14-də başlayacaq. 12 gün davam edəcək səfər zamanı ermənilər təkcə Vaşinqtonda görüşlə keçirməyəcəklər. Onlar Boston və Nyu Yorku da ziyarət edəcəklər. Amma…

Bu arada “Jamanak” qəzeti yazıb ki, parlamentinin spikeri Ararat Mirzoyanın ABŞ səfərinin Ermənistan üçün əhəmiyyəti yoxdur: “Səfər çərçivəsində Respublikaçıların Konqresdəki lideri Miç Makkonel və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə Mirzoyanın görüşü gözlənilir. Mirzoyan bunun vacib səfər olduğunu, səfərdən sonra isə onun faydalı və məhsuldar olduğunu deyə bilər, amma əvvəlcədən bəllidir ki, bu kimi səfərlər daha çox turistik xarakter daşıyır və Ermənistan üçün praktik olaraq heç bir əhəmiyyəti yoxdur”.   /Virtualaz.org/

Paylaş: